Gürcüstan-Ermənistan sərhədində yanğın söndürülüb

Gürcüstan-Ermənistan sərhədində yanğın söndürülüb
# 05 iyul 2019 09:56 (UTC +04:00)

Gürcüstan və Ermənistanın Marneuli rayonunun Qaçağan kəndindən keçən sərhəd zolağında çıxan yanğın söndürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gecə başlayan yanğının söndürülməsinə Gürcüstan tərəfdən 7 yanğın-xilasetmə heyəti üzrə 65 yanğınsöndürən cəlb edilib.

Sərhəd zolağının kol və çayırlıq hissəsində meydana gələn yanğının əvvəlcə Ermənistan tərəfdən alovlandığı və daha sonra Gürcüstan ərazisinə yayıldığı bildirilib.

Hadisə ilə əlaqədar Gürcüstan DİN-in Sərhəd xidməti əməkdaşları hadisə yerinə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR