Gürcüstanda avtobus qəzası nəticəsində 3 əcnəbi həlak olub - VİDEO

Gürcüstanda avtobus qəzası nəticəsində 3 əcnəbi həlak olub - VİDEO
# 29 dekabr 2021 20:36 (UTC +04:00)

Gürcüstanda xarici ölkə vətəndaşlarının olduğu mikroavtobusun dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, hadisə Mtsxeta-Stepantsminda yolunun Larsi seksiyasında baş verib.

Ölənlər arasında ana və azyaşlı uşağı da var. Mikroavtobusun sərnişinlərinin Qudauri qış kurort zonasından qayıdan Bolqarıstan vətəndaşları olduğu bildirilir. Məlumata görə qəza zamanı mikroavtobusda 9 nəfər olub. Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR