Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən var

Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən var
# 08 noyabr 2019 13:29 (UTC +04:00)

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş vermiş partlayış zamanı bir nəfər həlak olub. Məlumata görə, məntəqəyə daxil olan minik maşınında baş verən yanğın partlayışa səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Əraziyə yanğınsöndürən maşınlar və polis patrul xidmətinin əməkdaşları səfərbər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR