Gürcüstanın iqtisadiyyat naziri: "Rusiya ilə möhkəm iqtisadi əlaqələrimiz olmalıdır"

Gürcüstanın iqtisadiyyat naziri: "Rusiya ilə möhkəm iqtisadi əlaqələrimiz olmalıdır"
# 06 iyul 2019 15:02 (UTC +04:00)

“Rusiya ilə möhkəm iqtisadi əlaqələrin olması sülh prosesinə töhfə verir”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava jurnalistlərə açıqlamasında belə deyib. O, bildirib ki, Rusiya bazarları da daxil olmaqla regionda bir sıra ənənəvi bazarların olması iqtisadi reallıqdır və bu bazarlara çıxış hər bir ölkə üçün arzu ediləndir.

"Bu praqmatizmdir və biznes məntiqidir. Bu bazarlarda gürcü şərabı, Gürcüstanın turizm imkanları barədə əlavə reklamlar edilməsinə ehtiyac yoxdur. Bu tarixən belə olub və biz siyasi gündəliyimizdə bu kimi məsələləri inkar etmirik. Bundan başqa Rusiya ilə iqtisadi əlaqələrin bizim ərazi bütövlüyümüzə və milli maraqlarımıza zidd olması mifdir. Biz Rusiya ilə daha güclü iqtisadi əlaqələrə sahib olacağıq. Çünki biz problemin sülh yolu ilə həll edilməsi yolunu seçmişik", - deyə N.Trunava bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR