KİV: Ermənistanda ombudsman səlahiyyətlərini icra edən şəxs təyin edilib

Ermənistan Ombudsman Aparatı

© APA | Ermənistan Ombudsman Aparatı

# 09 fevral 2023 09:44 (UTC +04:00)

Ermənistanda Qrant Cilavyan ombudsmanın səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə təyin edilib.

APA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qeyd olunub ki, Kristine Qriqoryanın istefasından sonra bu artıq ikinci təyinatdır. Ermənistanın yeni ombudsmanı hələ seçilmədiyi üçün vəzifəni müvəqqəti icra etmək üçün ombudsman aparatının şöbə müdiri Vladimir Ovanisyan təyin edilmişdi, lakin yaxın günlərdə məlum olub ki, Ovanisyan artıq bu vəzifəni yerinə yetirmir.

Hazırda Hovanisyanın yerinə ombudsman aparatının departament rəhbəri Qrant Cilavyan təyin edilib.

Xatırladaq ki, Kristine Qriqoryan yanvarın 23-də ombudsman vəzifəsindən istefa vermək barədə ərizə ilə müraciət edib. Buna səbəb kimi onun onun Ali Məhkəmə-Hüquq Şurasına keçidi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR