Kiyevin İnzibati Məhkəməsi Yanukoviçin iddiasına baxmayıb

Kiyevin İnzibati Məhkəməsi Yanukoviçin iddiasına baxmayıb
# 14 may 2022 17:52 (UTC +04:00)

Kiyevin İnzibati Məhkəməsi keçmiş prezident Viktor Yanukoviçin iddiasına baxmayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə məhkəmədən bildirilib.

Viktor Yanukoviç iddiasında Ali Radanın onun Prezidentlikdən kənarlaşdırılmasına və Ukrayna prezidentliyinə növbədənkənar seçkilərin təyin edilməsinə dair 22 fevral 2014-cü il tarixli qərarı etibarsız hesab etməyi tələb edirdi.

Qeyd edək ki, aprelin 20-də məhkəmə Ali Radanın prosesə xitam verilməsi və işin Ali Məhkəmənin yurisdiksiyasına verilməsi ilə bağlı vəsatətlərini təmin etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR