Kreml: Rusiya “Şimal axını” kəmərlərinin istintaqına buraxılmayıb

Kreml: Rusiya “Şimal axını” kəmərlərinin istintaqına buraxılmayıb
# 09 fevral 2023 15:14 (UTC +04:00)

Rusiya “Şimal axını”nın təhqiqatında iştirak etmək üçün ciddi cəhdlər edib, lakin təhqiqat işinə buraxılmayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya son aylar ərzində istintaqda iştirak etmək, heç olmasa əlavə məlumat əldə etmək üçün çox enerjili cəhdlər edib. Təəssüf ki, bizim bu cəhdlərimiz rədd edildi. Hələ də əldə olunan məlumatlara çıxışımız yoxdur. Ancaq təbii ki, bizim müvafiq xidmətlərimiz bu mövzunu öz işlərinin gündəminə saxlayır”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, amerikalı jurnalist Seymur Herşin müəllifi olduğu məqalədə “Şimal axını” qaz kəmərlərində baş verən partlayışların ABŞ tərəfindən törədildiyi qeyd olunub. Müəllif 2022-ci ilin yayında NATO-nun Baltops təlimləri zamanı amerikalı dalğıcların “Şimal axını” kəmərlərinin altına partlayıcılar quraşdırdığını, norveçlilərin isə üç ay sonra onları işə saldıqlarını yazıb. Herş bildirib ki, ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə doqquz aydan çox gizli müzakirələrdən sonra “Şimal axını”nı sabotaj etmək qərarına gəlib.

Kremlin sözçüsü Peskov amerikalı jurnalistin müəllifi olduğu məqaləyə münasibət bildirib. Onun sözlərinə görə, Seymur Herşin “Şimal axını” ilə bağlı araşdırması bir daha açıq beynəlxalq araşdırmaya və günahkarların cəzalandırılmasına ehtiyac olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR