Kreml: Rusiyada hərbi vəziyyətin tətbiqi planlaşdırılmır 

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 11 may 2022 15:01 (UTC +04:00)

Ukrayna ilə bağlı vəziyyət fonunda Rusiya Federasiyasının ərazisində və ya ayrı-ayrı regionlarda hərbi vəziyyətin tətbiqi planlaşdırılmır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, bu, planda yoxdur”, - Peskov prezident və ya Kremlin Rusiya Federasiyasının ərazisində və ya ayrı-ayrı regionlarda hərbi vəziyyət tətbiq etməyi planlaşdırıb-planlaşdırmadığına dair suala cavabında deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR