Rusiyanı təcrid etmək cəhdləri alınmır və alınmayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Dost olmayan ölkələrin Rusiyanı təcrid etmək cəhdləri alınmır və alınmayacaq. Rusiyada heç kəs izolyasiyadan danışmır. Əksinə hamı hesab edir ki, bu mümkün deyil”, - Kremlin sözçüsü vurğulayıb.