Kremlin sözçüsü: Rusiya Ukraynada hərbi əməliyyatı sona qədər aparmalıdır, alternativ yoxdur

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 04 iyun 2023 15:49 (UTC +04:00)

Rusiya Ukraynada hərbi əməliyyatı sona qədər aparmalıdır, alternativ yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq.

“Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR