KTMT Baş Qərargah rəisləri hərbi əməkdaşlığı müzakirə edəcək

KTMT Baş Qərargah rəisləri hərbi əməkdaşlığı müzakirə edəcək
# 08 noyabr 2022 12:06 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Baş Qərargah rəisləri görüş keçirəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nın açıqlamasında bildirilib.

Hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi komitənin iclası noyabrın 10-da videokonfrans rejimində olacaq.

Hərbi komitənin sədri, Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun başçılıq edəcəyi iclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Baş Qərargah rəisləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR