Lavrov Ermənistana səfər edəcək - VİDEO

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 03 iyun 2022 12:57 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrov iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçıları Şurasının iclasında iştirak edəcək.

İclas iştirakçıları Ermənistanın təşkilata rəhbərlik etdiyi dövrdə KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığa yekun vuracaqlar və gələcək əməkdaşlığı müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR