Lavrov: “Hava məkanını bağlayan ölkələr deyəcək ki, onlara Aİ və NATO sifariş verib”

Lavrov: “Hava məkanını bağlayan ölkələr deyəcək ki, onlara Aİ və NATO sifariş verib”
# 06 iyun 2022 15:04 (UTC +04:00)

Moskva Rusiya nümayəndə heyətinin təyyarəsinin uçmasına icazə verməkdən imtina edən ölkələrin rəsmi izahatlarını hələ eşitməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransı zamanı bildirib.

"Bilirəm ki, hələ eşitmədiyimiz çoxlu izahatlar olacaq. Rusiya təyyarəsini hava məkanına buraxmaqdan imtina edən ölkələr deyəcəklər ki, onlara Avropa İttifaqı və NATO sifariş verib. Onlar da öz növbəsində deyəcəklər ki, bu ölkələr özləri müstəqil qərar qəbul ediblər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Serbiya ilə qonşu ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin uçuşu üçün hava məkanını bağlayıb. Rusiya diplomatik missiyasının rəhbərinin Belqrada səfəri iyunun 6-7-nə planlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR