Mariupolda min nəfərin basdırıldığı ehtimal olunan kütləvi məzarlıq aşkar edilib

Mariupolda min nəfərin basdırıldığı ehtimal olunan kütləvi məzarlıq aşkar edilib
# 23 aprel 2022 00:04 (UTC +04:00)

Ukraynanın Mariupol şəhərinin ətrafındakı Vinoqradnoe kəndində mindən çox insanın basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

APA-nın UNİAN-a istinadlıa xəbərinə görə, bu barədə Mariupol şəhər sovetinin məlumatında deyilir.

Bildirilir ki, “Planet” peykindən 20 aprel tarixində çəkilmiş şəkillərdə 45X25 metr ölçüdə kütləvi dəfnetmə yeri görünür. Burada mindən çox mariupollunun basdırıldığı ehtimal edilir.

Şəhər soveti bu cür dəfn yerlərinin çox olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR