Marneulidə güclü külək və dolu fəsadlara səbəb olub

Marneulidə güclü külək və dolu fəsadlara səbəb olub
# 11 iyul 2019 21:30 (UTC +04:00)

Gürcüstanda, azərbaycanlıların kompakt şəkildə yaşadığı Marneulidə güclü külək və dolu fəsadlara səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün axşam saatlarında başlayan dolu rayonun Şulaveri, Daştəpə və İmir kəndlərində evlərin dam örtüklərinə, meyvə bağlarına, əkin sahələri və tərəvəz sahələrinə, eləcədə avtomobillərə ciddi ziyan dəyib. Güclü külək nəticəsində isə bir neçə ağac qırılaraq elektirik naqillərini sıradan çıxarıb.

Dəyən zərərin miqyası hələ ki tam hesablanmayıb. Rayon İcra Hakimiyyəti nümayəndələri hazırda yerlərdə vəziyyəti öyrənirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR