MDB PA Qazaxıstanda seçkiləri müşahidə edəcək

MDB PAA

© APA | MDB PAA

# 15 noyabr 2022 12:50 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasından (PA) 67 müşahidəçi Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə MDB PA-dan bildirilib.

Müşahidəçi qrupun tərkibində Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan parlament nümayəndələri, həmçinin MDB PA Şurası Katibliyinin nümayəndələri, MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun mütəxəssisləri yer alıb.

MDB PA-nın ümumilikdə 67 nəfər müşahidəçisi Qazaxıstan Seçki Komissiyası tərəfindən akkreditasiya edilib.

Müşahidəçi qrupun koordinatoru Tacikistan parlamentinin aşağı palatasının vitse-spikeri Dilrabo Mansuri təyin olunub.

Müşahidəçilər 18 noyabrda seçkilərin qısamüddətli monitorinqinə başlayacaq və həmin gün Qazaxıstan prezidentliyinə namizədlərlə, onların seçki məntəqələrindəki nümayəndələri ilə görüşlər keçirəcəklər. Müşahidəçilərin Qazaxıstan Seçki Komissiyasında, parlamentdə və XİN-də görüşləri nəzərdə tutulub. Noyabrın 20-də seçki məntəqələrinin açılışından sonra müşahidə qrupunun üzvləri səsvermənin gedişatını izləyəcəklər.

Seçkilərin monitorinqi Qazaxıstanın Astana, Almatı, Taldıkorqan şəhərlərindəki və MDB ölkələrindəki seçki məntəqələrində aparılacaq.

Bununla yanaşı, Paris, Roma, Pekin, Seul, Budapeşt, Antalya və İstanbul şəhərlərindəki seçki məntəqələrində də monitorinq həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR