Moldova parlamenti yeni hökumətin tərkibini təsdiqləyib

 Moldova parlamenti yeni hökumətin tərkibini təsdiqləyib
# 14 noyabr 2019 16:37 (UTC +04:00)

Bu gün Moldova parlamenti səs çoxluğu ilə sabiq Maliyyə naziri İona Kikunun rəhbərlik edəcəyi yeni hökumətin tərkibini təsdiqləyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu parlamentin spikeri Zinaida Qreçanıy bildirib.

Qeyd edək ki, noyabrın 12-də parlament Maya Sandunun rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Dünən Prezident İqor Dodon texnokrat hökumətin formalaşdırılması üçün Baş nazir postuna sabiq Maliyyə naziri və məsləhətçisi olan İ. Kikunun namizədliyini irəli sürüb. Hökumət proqramını təqdim edən İ. Kiku isə hökumətin prezident seçkilərinə, yəni 2020-ci il payızın ikinci yarısına qədər fəaliyyət göstərəcəyini açıqlayıb.

Yeni hökumətə 101 deputatdan 62-i etimad göstərib. Baş nazirin müavini və Maliyyə naziri Vergi Xidmətinin keçmiş rəhbəri Sergey Puşkutsa, Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini Reinteqrasiya üzrə Büronun sabiq rəhbəri Aleksandr Flenkya, İqtisadiyyat və İnfrastruktur naziri Anatoliy Usatıy olub. Müdafiə naziri postu general Viktor Qayçuka həvalə edilib. Moldovanın yeni Xarici İşlər naziri ölkənin ABŞ, Almaniya və Çindəki sabiq səfiri, Prezidentin Müdafiə və Təhlükəsizlik sahəsində müşaviri Aureliu Çokoy olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR