Moldova Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb

Maya Sandu

© APA | Maya Sandu

# 26 aprel 2022 13:00 (UTC +04:00)

Moldova Prezidenti bu gün Dnestryanı bölgədə baş verən hadisələrlə bağlı Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.

APA xəbər verir ki, bu barədə Moldova Prezidentinin saytında məlumat verilib.

Bildirilib ki, Ali Təhlükəsizlik Şurasının iclası bu gün yerli vaxtla saat 13:00-da Rəyasət Heyətində keçiriləcək. Görüşdən sonra Prezident Maya Sandu mətbuat üçün brifinq keçirəcək.

Xatırladaq ki, Moldovanın separatçı şərq bölgəsi olan Dnestryanıda regional radio yayım mərkəzində partlayış olub. Qriqoriopol rayonunun Mayak kəndində baş verən partlayışda xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR