Moskva polisi azərbaycanlının restoranına basqın edib, 32 nəfər saxlanılıb

Moskva polisi azərbaycanlının restoranına basqın edib, 32 nəfər saxlanılıb
  • Clock-gray 12:33
  • calendar-gray 15 İyul 2019

Rusiyada azərbaycanlı idmançı ilə “Ded Xasan”ın nəvəsini “kriminal sxodka” zamanı tutulublar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, polis iyulun 13-də Moskva vilayətinin Lyuberts rayonunda yerləşən azərbaycanlıya məxsus “Düşes” restoranına basqın edib.

Nəticədə Rusiya kriminal dünyasının keçmiş liderlərindən olan “Ded Xasan” ləqəbli Aslan Usoyanın nəvəsi İrakli Usoyan və azərbaycanlı samboçu, Rusiya çempionu Sahib Mehdiyev və daha 32 nəfər saxlanılıb. Məlum olub ki, “kriminal sxodka”ya yığışanlar yerli iş adamları və narkotiklərdən gələn gəlirləri öz aralarında bölüşdürməyi planlaşdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date