Moskvada 40-a yaxın iraqlı turist itkin düşüb

Moskvada 40-a yaxın iraqlı turist itkin düşüb
# 04 may 2022 17:30 (UTC +04:00)

40-a yaxın iraqlı turist Moskvada itkin düşüb.

APA-nın Moskva müxbiri Rusiya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, may tətilinə gələn 38 iraqlı turist Moskvada yoxa çıxıb.

“Aralarında uşaqların olduğu İraqdan olan 38 turist aprelin 30-da Moskvaya ekskursiyaya gəliblər. Onlar otelə yerləşiblər, mayın 1-də və 2-də isə onlarla əlaqə kəsilib", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onun sözlərinə görə, otel nömrələrində turistlərin paltarları olan çamadanlar qalıb.

Mənbə əlavə edib ki, polis iraqlıların yoxa çıxması ilə bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR