Moskvada biznes mərkəzində yanğın söndürülüb - YENİLƏNİB

Moskvada biznes mərkəzində yanğın söndürülüb - YENİLƏNİB
# 03 iyun 2022 13:36 (UTC +04:00)

Moskvada “Qrand Setun Plaza” biznes mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.

O, FHN yanğınsöndürənlərinə operativ işə görə təşəkkürünü bildirib.

***

11:55

Moskvada yanğın baş verən “Qrand Setun Plaza” biznes mərkəzindən 120 nəfər xilas edilib.

APA-nın Moskva müxbirinin Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğının davam etdiyi biznes mərkəzindən insanların təxliyəsi davam edir.

Rusiya FHN biznes mərkəzində davam edən yanğının ilkin baş vermə səbəbini açıqlayıb. Nazirlikdən bildirilib ki, yanğına səbəb binanın fasad örtüyünün altında qısaqapanmanın baş verməsidir.

1000 kvadrat metrdən çox ərazinin yandığı bildirilib. Hadisə yerinə 180 nəfər xilasedici və 41 ədəd texnika cəlb edilib.

***

11:39

Moskvada “Qrand Setun Plaza” biznes mərkəzi yanır.

APA-nın Moskva müxbiri xəbər verir ki, Qorbunova küçəsində yerləşən biznes mərkəzinin damında güclü yanğın baş verib.

Hazırda yanğın yerinə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Rusiyanın “Telegram” kanalları yanğının baş verdiyi binada onlarla insanın olduğu haqqında məlumat yayıb.

Fövqəladə hallar naziri Kurenkov hadisə yerinə gəlib.

Moskva meri Sergey Sobyanın biznes mərkəzindən insanların təxliyəsi barədə tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR