Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın başçılıq etdiyi bir qrup fəal İrəvanın Nor-Nork səmtində küçələrdən birini bağlayıb.
APA “Sputnk Armenia”ya istinadən xəbər verir ki, bundan sonra xüsusi təyinatlı polis qüvvələri etirazçıları saxlayıb.
Hazırda İrəvanın 4 fərqli hissəsində etiraz yürüşləri keçirilir. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Axşam “Fransa” meydanında müxalifətin birgə mitinq keçirməsi gözlənilir.