Narışkin Paşinyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Sergey Narışkin

© APA | Sergey Narışkin

# 18 iyul 2022 17:29 (UTC +04:00)

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

***

16:11

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün İrəvana səfər edəcək.

APA xəbər verir ki, bu barədə "news.am" öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Narışkin Ermənistan rəhbərliyinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Ermənistana elan olunmamış səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR