Nazarbayev Rusiya və Ukrayna prezidentləri arasında görüş təşkil etməyə çalışır

Nazarbayev Rusiya və Ukrayna prezidentləri arasında görüş təşkil etməyə çalışır
# 12 noyabr 2019 11:29 (UTC +04:00)

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında təkbətək görüş təşkil etməyə çalışır.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın sabiq prezidenti paytaxt Nur-Sultanda keçirilən beynəlxalq konfransda bildirib.

“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən bu barədə Rusiya Prezidentini məlumatlandırmışam”, - deyə N. Nazarbayev vurğulayıb.

O qeyd edib ki, görüşlə bağlı V. Putindən cavab gözləyir.

N. Nazarbayev görüş yeri üçün isə Qazaxıstanı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR