Patriarx Kirill Ukraynada Milad bayramı ilə bağlı atəşkəsə çağırış edib

Patriarx Kirill Ukraynada Milad bayramı ilə bağlı atəşkəsə çağırış edib
# 05 yanvar 2023 12:49 (UTC +04:00)

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Milad bayramı ilə bağlı atəşkəsə çağırış edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rus Pravoslav Kilsəsinin saytında bildirilib.

“Mən, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, daxili münaqişədə iştirak edən bütün tərəflərə 6 yanvar saat 12:00-dan 7 yanvar saat 24:00-dək atəşi dayandırmağa və Milad atəşkəsi elan etməyə çağırıram ki, pravoslavlar Milad ərəfəsində və İsa Məsihin Doğulduğu gün mərasimlərdə iştirak edə bilsinlər”, - deyə Patriarxın müraciətində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR