Peskov: Rusiya İrəvan-Bakı münasibətlərinin nizamlanmasına yardım edəcək

Peskov: Rusiya İrəvan-Bakı münasibətlərinin nizamlanmasına yardım edəcək
# 23 noyabr 2022 22:51 (UTC +04:00)

KTMT sammitində Ermənistan və Azərbaycan sərhədində sülhməramlıların mandatı mövzusuna toxunulub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İrəvanda jurnalistlərə açıqlamaında bildirib.

O qeyd edib ki, Rusiya İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına yardım etməkdə davam edəcək.

İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyü haqqında danışan Kremlin sözçüsü bildirib ki, heç kim onun bağlanmasını müəyyən bir tarixə təyin etməyə çalışmır: "Əsas odur ki, imzalansın, dayanıqlı və etibarlı sənəd olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR