Peskov: "Ukrayna ilə danışıqlarda öyünəcək heç nə yoxdur"

Peskov: "Ukrayna ilə danışıqlarda öyünəcək heç nə yoxdur"
# 12 may 2022 14:34 (UTC +04:00)

Rusiya və Ukrayna arasında danışıqlar prosesində heç bir dəyişiklik yoxdur.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

“Danışıqlara dünəndən bəri heç nə dəyişməyib”, - Peskov deyib.

Rusiya Federasiyasının sərhədyanı rayonlarının Ukrayna tərəfindən atəşə tutulmasının danışıqlar prosesinə necə təsir göstərə biləcəyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü vurğulayıb ki, hazırda danışıqlarla bağlı öyünəcək heç nə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR