Putin Başqırdıstanın ilk prezidentinin vida mərasimində iştirak edib

Putin Başqırdıstanın ilk prezidentinin vida mərasimində iştirak edib
# 13 yanvar 2023 12:03 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Başqırdıstana səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Başqırdıstanın ilk prezidenti Murtaza Rəhimovla vida mərasimində iştirak etmək üçün Ufaya səfər edib.

Qeyd edək ki, Murtaza Rəhimov yanvarın 11-də uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Rəhimov 1993-2010-cu illərdə Başqırdıstanın prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR