Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” fəxri adı verib

Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” fəxri adı verib
# 14 noyabr 2022 18:09 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq “Qəhrəman ana” fəxri adının verilməsi ilə bağlı fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-nene muxtar dairəsindən Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.

Qeyd olunub ki, bu ad 10 və daha çox uşağı olan analara verilir. Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Xatırladaq ki, 2022-ci ilin 15 avqustunda Vladimir Putin tərəfindən imzalanan sərəncamla yeni fəxri ad “Qəhrəman ana” təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR