Putin KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılacağını bəyan edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 10 yanvar 2022 12:28 (UTC +04:00)

“Öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq”.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı söyləyib.

O, sülhməramlı kontingentin Qazaxıstanda qədər lazım olacaqsa, o qədər də qalacağını əlavə edib.

“Əminəm ki, ən qısa zamanda Qazaxıstanda vəziyyət stabilləşəcək. Qazaxıstandakı hadisələr kənar müdaxilələrin nə ilk, nə də son nümunəsidir. Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik”, – Putin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR