Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
# 11 avqust 2019 11:55 (UTC +04:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

APA-nın məlumatına görə, Rusiya Prezidentinin təbrik məktubu Kremlin saytında yerləşdirilib.

V. Putin bildirib ki, bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir: "Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR