Putin, Şolts və Makron qlobal ərzaq təhlükəsizliyini müzakirə edib

Putin, Şolts və Makron qlobal ərzaq təhlükəsizliyini müzakirə edib
# 28 may 2022 16:52 (UTC +04:00)

Rusiya, Fransa və Almaniya liderlərinin telefon danışığı zamanı qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyət ətraflı nəzərdən keçirilib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin əsaslı şəkildə və konkret məlumatlar əsasında Qərb ölkələrinin yanlış iqtisadi və maliyyə siyasətinin, eləcə də onların tətbiq etdiyi anti-Rusiya sanksiyalarının nəticəsi olan ərzaq təminatındakı çətinliklərin əsl səbəblərini izah edib.

“Putin bildirib ki, Rusiya öz növbəsində taxılın maneəsiz ixracı, o cümlədən Qara dəniz limanlarından Ukrayna taxılının ixracı variantlarının tapılmasına kömək etməyə hazırdır. Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması həm də qlobal ərzaq bazarında gərginliyin azaldılmasına kömək edəcək ki, bu da təbii ki, müvafiq sanksiyaların ləğvini tələb edir”, - Kremlin yaydığı məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR