Putin: "Təkqütblü dünya nizamı dövrü başa çatıb"

Vladimir Putin

© APA | Vladimir Putin

# 17 iyun 2022 17:52 (UTC +04:00)

“Təkqütblü dünya nizamı dövrü başa çatıb. Özü də onu qorumaq üçün edilən bütün cəhdlərə baxmayaraq, başa çatıb”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.

"Təkqütblülüyün çatışmazlığı elə ideyadadır, harada ki, yaxın dövlətlər dairəsi olan bir nəhəng var və hər şey onun xeyrinə şərh olunur. Təlatümlü dəyişikliklərin vaxtını gözləmək, hər şeyin əvvəlki kimi olacağına inanmaq səhvdir. Olmayacaq!”

Putin Qərb dövlətlərinin hakim elitasının qlobal iqtisadiyyatda hökmranlıqlarının dəyişməz, əbədi qalacağını düşündüklərini xatırladıb.

“Heç nə əbədi deyil. Qərb ölkələrinin ümumi sıralarından seçilən biri əzilir. Bəzən dövlətlərin suverenliyini şübhə altına alır, onların mövcudluğunu təhlükə altına alırlar. Əgər hansısa üsyançını sakitləşdirmək mümkün deyilsə, onu ləğv etməyə çalışırlar", - Rusiya Prezidenti vurğulayıb.

Putin onu da qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar ağılsızlıq və düşüncəsizlikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR