Xarici KİV-in Rusiya Silahlı Qüvvələrinə qarşı açıq təxribatları hərtərəfli araşdırma tələb edir, belə cinayətlərin qarşısı qətiyyətlə alınmalıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun geniş kollegiya iclasında bildirib.
“Silahlı Qüvvələrimizə qarşı açıq təxribatlar, o cümlədən xarici KİV və sosial şəbəkələrin resurslarından istifadə etməklə törədilən təxribatlar hərtərəfli araşdırma tələb edir. Sözsüz ki, Rusiya Federasiyasının ərazisində istənilən cinayətin qarşısını ən qəti şəkildə almaq lazımdır”, - Putin vurğulayıb.