Qazaxıstan Prezidenti: "Yüzlərlə ölən və yaralanan var"

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 07 yanvar 2022 13:26 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

APA-nın xəbərinə görə, Prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib.

“Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Mən hüquq mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm”, - o vurğulayıb.

Qazaxıstan Prezidenti hadisələr zamanı yüzlərlə dinc sakinin, hərbçinin yaralandığını və öldürüldüyünü əlavə edib.

Tokayev hadisələrdə iştirak edən bütün şəxslərin ən sərt şəkildə cəzalandırılacağına söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR