Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
# 01 sentyabr 2022 10:06 (UTC +04:00)

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Prezident Kasım Jomart-Tokayev xalqa illik müraciətində elan edib.

O, payızda keçiriləcək seçkilərdə iştirak edəcəyini və prezident müddətinin 1 dəfə seçilməklə 7 illə məhdudlaşdırılmalı olduğunu da deyib.

Bundan başqa, Tokayev yanvar ayında ölkədə kütləvi iğtişaşlar zamanı həbs olunan bütün şəxslərə amnistiya elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR