Qazaxıstanda prezident seçkilərinin yekun nəticəsi açıqlanıb, Tokayev 81,31% səslə qalib gəlib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 22 noyabr 2022 09:41 (UTC +04:00)

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.

APA “Kazinform”a istinadən xəbər verir ki, MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini elan edib.

“Dünən biz ilkin nəticələri elan etdik və artıq orijinal protokolları əldə etdik. Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib”, o əlavə edib.

MSK sədri qeyd edib ki, seçkilərdə 3,42 faiz səs toplayan Jiquli Dayrabayev ikinci pillədə yer alıb.

Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkiləri keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR