Qazaxıstanın güc strukturları Almatıda keçmiş prezident iqamətgahını azad edib

Qazaxıstanın güc strukturları Almatıda keçmiş prezident iqamətgahını azad edib
# 06 yanvar 2022 20:45 (UTC +04:00)

Qazaxıstanın güc strukturları Almatı şəhərində yerləşən keçmiş prezident iqamətgahını azad edib.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Məlumatda bildirilir ki, şəhərdəki bütün dövlət orqanlarının binaları polisin nəzarəti altındadır. Hüquq-mühafizə orqanları prezident sarayı ilə yanaşı Respublika meydanı və şəhər meriyasının da binalarını etirazçılardan təmizləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR