Qazaxıstanın hakim partiyasının rəhbəri sabah seçilə bilər

Qazaxıstanın hakim partiyasının rəhbəri sabah seçilə bilər
# 27 yanvar 2022 10:31 (UTC +04:00)

Yanvarın 28-də Qazaxıstanın hakim “Nur Otan” partiyasının qurultayı keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qurultayda yeni sədrin seçilməsi və partiyanın nizamnaməsində dəyişikliklərlə bağlı məsələlərə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev xalqa videomüraciətində “Nur Otan” partiyasının növbədənkənar qurultayının keçiriləcəyini və Prezident Kasım-Jomart Tokayevin hakim partiyanın sədri seçiləcəyini bildirmişdi.

Xatırladaq ki, partiyanın hazırkı sədri Nursultan Nazarbayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR