Rusiya ATƏT PA-nın tərkibindən çıxmayacaq

Rusiya ATƏT PA-nın tərkibindən çıxmayacaq
# 05 iyul 2022 16:35 (UTC +04:00)

Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibindən çıxmır.

APA TASS-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini, Rusiyanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Vladimir Cabarov bildirib.

“Kimsə bizim ATƏT PA-dan çıxacağımızı arzu edirsə, ciddi səhv edir. Çünki bu gün Rusiya ATƏT-in təsisçi ölkələrindən biridir”, - Vladimir Cabarov qeyd edib.

O, bu baxımdan Rusiyanın sonradan üzv olduğu Avropa Şurası Parlament Assambleyası ilə ATƏT PA arasında fərq qoyduğunu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR