Rusiya Dövlət Dumasının sədri ABŞ-da rusiyalı deputatın dindirilməsini təxribat adlandırıb

Rusiya Dövlət Dumasının sədri ABŞ-da rusiyalı deputatın dindirilməsini təxribat adlandırıb
# 06 oktyabr 2019 11:20 (UTC +04:00)

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı deputat İnqa Yumaşevanı dindirməsini təxribat və beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Volodin deyib ki, İ. Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə qrupun koordinatorudur, ABŞ-da beynəlxalq foruma dəvət edilib.

Deputatın ABŞ səfirliyindən viza aldığını xatırladan V. Volodin qeyd edib ki, ABŞ-da Rusiya ilə ikitərəfli münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.

Qeyd edək ki, Fort-Ross Dialoq Forumunda iştirak etmək üçün ABŞ-a səfər edən İ. Yumaşeva Nyu-York aeroportunda saxlanıb və 1 saata qədər Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən dindirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR