Rusiya “Kalibr” raketləri ilə Lvovda silah anbarını vurub 

Rusiya “Kalibr” raketləri ilə Lvovda silah anbarını vurub 
# 15 iyun 2022 13:01 (UTC +04:00)

Rusiya donanması “Kalibr” qanadlı raketlərlə Ukraynanın Lvov vilayətində Amerikanın M777 haubitsaları üçün döyüş sursatı olan anbarı vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Lvov vilayətinin Zoloçiv yaşayış məntəqəsi yaxınlığında yüksək dəqiqlikli uzaqmənzilli “Kalibr” raketləri NATO ölkələri tərəfindən Ukraynaya verilmiş xarici silahların, o cümlədən 155 millimetrlik M777 haubitsalarının sursat anbarını məhv edib”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR