Rusiya Kaxovka SES-ə hücumda əli olması ilə bağlı iddiaları rədd edib

Rusiya Kaxovka SES-ə hücumda əli olması ilə bağlı iddiaları rədd edib
# 06 iyun 2023 14:31 (UTC +04:00)

Rusiya Kaxovka su elektrik stansiyasına (SES) hücumda əli olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kaxovka SES-də Ukrayna tərəfi qəsdən təxribat törədib:

"Kaxovka SES-də Ukraynanın təxribatı Kiyevin əks-hücum cəhdlərində məqsədlərinə çatmaması ilə bağlıdır. Kaxovka su elektrik stansiyasına hücum Kiyevin sifarişi ilə həyata keçirilib, ona görə də bu vəziyyətin nəticələrinə görə bütün məsuliyyəti Ukrayna öz üzərinə götürməlidir. Ukraynanın Kaxovka su elektrik stansiyasında təxribatı regionun bir neçə on minlərlə sakini üçün çox ağır nəticələrə səbəb ola bilər. Bu təxribatının məqsədlərindən biri Krımı sudan məhrum etmək, Şimali Krım kanalına suyun verilməsini azaltmaqdır".

Kremlin rəsmi nümayəndəsi Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyindən və digər qurumlardan Kaxovka SES-dəki vəziyyətlə bağlı məruzələr aldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR