Rusiya MN: Ötən gün Ukraynanın Su-25 təyyarəsi və 3 PUA-sı vurulub

Rusiya MN: Ötən gün Ukraynanın Su-25 təyyarəsi və 3 PUA-sı vurulub
# 05 iyul 2022 12:39 (UTC +04:00)

Rusiya Hava Kosmik Qüvvələri ötən gün Ukraynanın Xerson vilayəti üzərində hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Xerson vilayətinin Novoarbatskoye qəsəbəsi ərazisində hava döyüşü nəticəsində Rusiya qırıcısı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını, 3 “Toçka-U” taktiki raketini və 8 reaktiv yaylım atəşi sisteminin mərmisini vurub”, - Rusiya MN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR