Rusiya MN: Ukraynada 4 HIMARS raket sistemi məhv edilib

Rusiya MN: Ukraynada 4 HIMARS raket sistemi məhv edilib
# 22 iyul 2022 13:26 (UTC +04:00)

Rusiya qüvvələri iyulun 5-dən 20-dək Ukraynada ABŞ-ın tədarük etdiyi 4 HIMARS raket sistemini məhv edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.

“ABŞ istehsalı (HIMARS) yaylım atəş sistemi üçün 4 raket daşıyıcı və bir yükləyici texnika məhv edilib”, - Rusiya MN-in gündəlik brifinqində bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 4 əlavə HIMARS sisteminin göndəriləcəyini bəyan edib. Müdafiə naziri Lloyd Ostin Ukraynaya göndəriləcək yeni sistemlərin növbəti yardım paketinə daxil ediləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR