Rusiya müdafiə naziri: “Nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcəyik

Rusiya müdafiə naziri: “Nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcəyik
# 10 yanvar 2023 14:08 (UTC +04:00)

Rusiya Federasiyası 2023-cü ildə “nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə bildirib.

O, Müdafiə Nazirliyinin 2023-cü ildə Rusiya qoşunlarının müasir zərbə silahlarının arsenalını genişləndirməyi planlaşdırdığını da qeyd edib.

“2023-cü ildə Müdafiə Nazirliyi vətəndaşların təşəbbüslərinə reaksiya mexanizmlərini təkmilləşdirəcək. RF Silahlı Qüvvələrinin döyüş hazırlığı xüsusi hərbi əməliyyat zonasında və Suriyada qoşunların təcrübəsinə əsaslanaraq təkmilləşdiriləcək. Rusiya 2023-cü ildə Hava Kosmik Qüvvələrinin döyüş qabiliyyətini artıracaq”, - Şoyqu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR