Rusiya Türkiyəyə beşinci nəsil qırıcı təyyarə yaratmaqda kömək edə bilər

Rusiya Türkiyəyə beşinci nəsil qırıcı təyyarə yaratmaqda kömək edə bilər
# 17 noyabr 2019 15:09 (UTC +04:00)

Rusiya Türkiyəyə beşinci nəsil qırıcı təyyarə yaratmaqda kömək edə bilər.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitriy Şuqayev bildirib.

D. Şuqayev Türkiyəyə yardım etmək niyyətlərinin ciddi olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Rusiyadan “S-400” Zenit-Raket Kompleksi aldığı üçün Türkiyəyə “F-35” qırıcı təyyarələrini satmaqdan imtina edib. Vaşinqton Türkiyədən “S-400”-dən imtina etməyi, əvəzində “Patriot” kompleksi almağı tələb edir. Ankara Vaşinqtonun tələbini qəbul etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR