Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb
# 07 iyun 2022 12:52 (UTC +04:00)

Rusiya raket və artilleriyası qoşunları ötən sutka ərzində Kramatorsk yaxınlığında Ukraynanın “S-300” hava hücumundan müdafiə sisteminin 3 buraxılış qurğusunu, həmçinin 10 zirehli maşını və üç “Qrad” reaktiv yaylım atəşi sisteminin qurğusunu məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Raket və artilleriya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 39 komanda məntəqəsini, artilleriya bölmələrinin 47 atəş mövqeyini, həmçinin canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 426 ərazini vurub. Zərbələr nəticəsində 400-dən çox millətçi, 10 zirehli avtomobil, üç ədəd "Qrad" reaktiv yaylım atəşi sistemi, eləcə də Kramatorsk rayonunda “S 300” zenit raket kompleksinin üç buraxılış qurğusu məhv edilib", deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkilər barədə məlumatı da açıqlayıb:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 190 təyyarə, 129 helikopter, 1139 pilotsuz uçuş aparatı, 333 zenit-raket kompleksi, 3443 tank və digər zirehli döyüş texnikası, 478 reaktiv yaylım atəşi sistemi, 1807 səhra artilleriya qurğusu, o cümlədən 3 464 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR