Rusiya XİN: Moskva Tehranla Ər-Riyad arasında vasitəçi olmağa hazırdır

Rusiya XİN: Moskva Tehranla Ər-Riyad arasında vasitəçi olmağa hazırdır
# 08 noyabr 2022 14:02 (UTC +04:00)

Moskva İranla Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

O, ölkəsinin İranla Səudiyyə Ərəbistanı arasında təmaslarda ziddiyyətləri aradan qaldırmaq üçün vasitəçi olmağa hazır olduğunu söyləyib: "Moskva həm Səudiyyə Ərəbistanı ilə, həm də İranla təmasdadır. Rusiya hər iki tərəfi bütün ziddiyyətləri dialoq yolu ilə həll etməyə çağırır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR