Rusiya XİN: Ukrayna hərbçilərinin mübadiləsi məhkəmədən sonra mümkün olacaq

Rusiya XİN: Ukrayna hərbçilərinin mübadiləsi məhkəmədən sonra mümkün olacaq
# 25 may 2022 11:57 (UTC +04:00)

Moskva ilə Kiyev arasında əsir mübadiləsinin müzakirəsi yalnız təslim olmuş ukraynalı hərbçilərin məhkəməsindən sonra mümkün olacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın Baş prokuroru İrina Venediktovanın rusiyalı hərbçi Vadim Şişimarinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Təslim olan ukraynalı hərbçilər lazımi qaydada mühakimə olunduqdan, hökm çıxarılandan sonra hər şeyi nəzərdən keçirəcəyik. Onda başqa hansısa addımlar da ola bilər. Ondan əvvəl mübadilə ilə bağlı bütün söhbətlər tezdir", - deyə rusiyalı diplomat vurğulayıb.

Rudenko Avropa Komissiyasının sədri Ursula von der Leyenin Rusiya Federasiyasının ərzaq mövzusundan şantaj silahı kimi istifadə etdiyi barədə bəyanatlarını şərh edərkən bildirib ki, Rusiya hər zaman problemlərin sülh yolu ilə həllinə can atan hər kəslə dialoqa hazırdır: “Bu problemlə bağlı Moskva ilə dialoq imkanlarını axtarmaq lazımdır. Ursula von der Leyenin açıqlamalarını onun vicdanına buraxıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR